AZ

Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel ilə telefon danışığında respublika parlamentində xarici agentlər haqqında qanun layihəsinin Avropaya inteqrasiya prosesinə mane olması barədə fikir bildirib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə cümə günü, mayın 3-də dövlət başçısının administrasiyası məlumat yayıb.

 

Xəbərdə Zurabişvilinin Mişellə uzun müddət telefon danışığı olduğu göstərilir.

 

Görüş zamanı Gürcüstanda baş verən hadisələr, o cümlədən respublikanın Avropaya inteqrasiya prosesi və bu prosesə mane olan amillər müzakirə edilib.

 

Onların arasında parlament çoxluğu tərəfindən yenidən təşəbbüs edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi də olub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla