AZ

Uçot dərəcəsinin endirilməsi manatın məzənnəsinə təsir edəcək mi?

“Uçot dərəcəsinin endirilməsi müəyyən dərəcədə manatın effektiv məzənnəsinin dollar qarşısında müəyyən qədər zəiflədə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ekspert Akif Nəsirli referans.az- a açıqlamasında bildirib.

Onun sözlərinə görə məzənnənin dəyişməsi artıq Azərbaycan hökumətinin qərarından asılıdır. Çünki Azərbaycan valyutasının açıq bazar məzənnəsi tənzimlənir.

Mərkəzi bank təkcə 2024-cü iliin 1-ci rübündə neft fondundan 2,4 milyard dollar hərraca pul çıxardıb. Bu vəsaitin satılması ilə manat alınır və dollar dövriyyəyə buraxılır. Bu da öz növbəsində manatın məzənnəsinin sabit saxlanılmasına xidmət edir. Nə vaxt ehtiyat bitsə Azərbaycan hökuməti həmin vaxt manatın məzənnəsini qaldıra da bilər endirə də bilər. Uçot dərəcəsinin endirilməsinin hazırda manatın real məzənnəsinə heç bir təsiri yoxdur. Sadəcə olaraq bu proses Azərbaycan hökumətinin Mərkəzi Bank vasitəsilə çəkdiyi xərci bilmədən müəyyən qədər artıra bilər. Amma bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan valyutasının məzənnəsi bu gün Azərbaycan hökumətinin qərarından asılıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla