AZ

Şirkəti olanların DİQQƏTİNƏ! - Təsisçilərin başına bu oyun GƏLƏ BİLƏR

Son zamanlarda şirkətlərdə təsisçi dəyişikliyi və ya təsisçi paylarının yaxın qohumlara paylaşılması ilə bağlı məsələlərdə bir sıra çətinliklər yaranır. Məsələn bir şirkətin 2 təsisçisi var və bunlardan biri öz payını övladına bağışlamaq istəyir. Bununla bağlı Ədliyyə Nazirliyi yanında müvafiq qruma müraciət etdikdə bildirilib ki, ata öz payını övladına bağışlaya bilməz. Bu yalnız alğı-satqı şəklində ola bilər və alğı-satqı qaydasında payını satmazdan öncə digər təsisçilərə təklif etməlidir. Əgər təsisçilərdən biri həmin payı almaq istəyərsə pay həmin təsisçiyə satılmalıdır.

Məsələ ilə bağlı danışan deputat Vahid Əhmədov qeyd edib ki, səhmdar cəmiyyətin qanununa nəzər salsaq görərik ki, bu onun mülkiyyətidir. Mülkiyyəti oğluna və yaxud da hər hansısa yaxın qohumuna bağışlaya bilər. Ancaq səhmdar cəmiyyətin qanununa uyğun olaraq, hər hansısa səhmi satırsa və ya kiməsə vermək istəyirsə ilk olaraq öz səhmdar cəmiyyətinin üzvlərinə təklif etməlidir. Səhmdar Cəmiyyət haqqında qanunda bu belədir. Belə bir hal var ki, o əgər səhmi öz qohumuna yaxud yaxınına verirsə bu onun mülkiyyət hüququdur, burda da heç bir problem yoxdur. Yəqin Ədliyyə Nazirliyi belə başa düşür ki, o öz oğluna yaxud yaxınına verəndə ola bilər ki, səhmdar cəmiyyətdə olan səhmdarlar müraciət etsinlər ki, qanuna əsasən sən ilk olaraq bizə təklif etməli idin. Əgər biz almasa idik, ondan sonra sən öz qohumuna verməli idin. Ona görə təklif edirlər ki, sən onu hərraca çıxar və sat ondan sonra oğlun da hərracda həmin səhmi alsın. Belə olan halda da heç bir qanun pozuntusu, heç bir problem olmasın. Mən belə başa düşürəm ki, əsas məsələ bundan ibarətdir.

Bununla bağlı açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilikdə konkret göstəriş yoxdur. Belə birşey var ki, əgər təsisçilərdən biri ona məxsus olan təsis payını yalnız satmaq istədikdə ilk olaraq digər təsisçilərə bunu təklif etməlidir. Həmin təsisçilər təklif olunan təsis payını almaqdan imtina edərlərsə və ya almaqla bağlı öz münasibətlərini bildirməzlərsə belə olan təqdirdə təsisçi öz payını rahat bir şəkildə sata bilər. Amma bağışlamaq məsələsinə gəldikdə isə burda mütləq şəkildə şəxs təsis payını özünün yaxın qohumlarına çox rahat şəkildə bağışlaya bilər. Bununla bağlı notarial qaydada bağışlamaq müqaviləsi imzalanır, müqavilə imzalandıqdan sonra isə müvafiq bağışlama müqaviləsi yeni təsisçinin şəxsiyyət vəsiqəsi və köhnə təsisçinin şəxsiyyət vəsiqəsi aidiyyatı üzrə MMC-nin idarə heyətinə və ya direktoruna təqdim olunur. Həmin direktor da reyestr məlumatlarında dəyişiklik olunması ilə bağlı ərazi aidiyyatı üzrə iqtisadiyyat nazirliyinin vergi idarəsinə təqdim edir. Reyestrdə müvafiq dəyişiklik olunduqdan sonra həmin yeni təsisçi artıq reyestr məlumatlarında görünmüş olur.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla