AZ

Orxan Əliyev və İsmail Azzaui sıraya döndülər

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın zədəli futbolçuları – İsmail Azzaui ilə Orxan Əliyev sıraya dönüblər.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”ı qəbul edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Zədə səbəbindən ötən tur “Zirə”yə qarşı oyunda iştirak etməyən İsmail Azzaui və Orxan Əliyev də bugünkü çalışmalara qatılıblar. Əliyevin zədəsi tam sağalmasa da, legioner yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxacaq gücdədir.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 5-də Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Saat 19:00-da start götürəcək oyunda stadiona giriş sərbəst (biletsiz) olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
5
Mənbələr
Şərh ()
Bağla