AZ

Polis kapitanı faciəvi şəkildə öldü

Rusiyanın Sverdlovsk vilayətində polis kapitanı yol qəzasında ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Nijneserginski rayonunda Perm-Ekaterinburq magistralında baş verib. Polis kapitanı İrina Kryuçkova xidməti avtomobilin iştirakı ilə ölümlə nəticələnən qəza törədib.

Cinayət axtarışı əməkdaşının getdiyi avtomobil yük maşını ilə toqquşub. Məlumata görə, onlar Kontuqanovo kəndinə çağırışa görə yola düşüblər. Həmçinin qadın polis qeyd edildiyi kimi, təhlükəsizlik kəməri taxmayıb.

Qəza zamanı xidməti avtomobildə olan qadın müstəntiq də xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla