AZ

Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib

Ukrayna Milli Bankı banklara və lombardlara ikili təyinatlı malların qəbulunu qadağan edib.

 

TASS xəbər verir ki, ümumiyyətlə, söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən istənilən maldan gedir.

Halbuki Ukraynada artıq oxşar presedentlər olub. Belə ki, ötən ilin sentyabrında məlum olub ki, Jitomir vilayətindəki hərbi hissələrdən birinin maddi-texniki təminat xidmətinin rəisi qeyri-adi “pul qazanma” üsulunu icad edib.

Belə ki, o, 60 gecəgörmə kamerası və səkkiz termal kamera alıb. Məmur oğurladığı malları internet vasitəsilə satıb və ya yerli lombardlara satırmış. Onunla bağlı iş artıq məhkəməyə çatıb.

Bundan əvvəl SBU-nun kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityukun Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə tutduğu vəzifədən uzaqlaşdırıldığı bildirilib.

Məsələ burasındadır ki, “Investitive Info” portalının jurnalistləri araşdırma aparıb və məlum olub ki, Vityukun həyat yoldaşı 2023-cü ilin dekabrında 657 min dollara mənzil alıb. Nəşrin yazdığına görə, SBU-nun şöbə müdirinin maaşı bunun üçün kifayət etməyəcək.

Bir neçə gündən sonra onlar Kiyevdəki supermarketlərdən birində istintaqın müəllifi Yevgeni Şuqaltın barəsində çağırış vərəqəsi verməyə cəhd ediblər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla