AZ

UEFA həftənin ən yaxşılarını açıqlayıb

UEFA Avrokuboklarda həftənin ən yaxşılarının adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasında Vinisius Junior fərqlənib.

Braziliyalı forvard yarımfinalın ilk matıçında “Bavariya”nın (2:22) qapısından 2 top keçirib. Avropa Liqasında isə “Bayer”in yarımmüdafiəçisi Robert Ayndrix ən yaxşı seçilib. O, “Roma” ilə qarşılaşmada 2-ci qolun müəllifi olub (2:0).
Konfrans Liqasında “het-trik” edən “Olimpiakos”un hücumçusu Ayub El-Kabi ən yaxşı seçilib. O, səfərdə “Aston Villa” ilə 2:4 başa çatan görüşdə 3 qol vurub.

Qeyd edək ki, hər 3 turnirdə cavab matçları gələn həftə keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla