AZ

"Neftçi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" oyuna itkilərlə çıxacaq.

Belə ki, bərpa prosesi keçən Emil Balayevlə yanaşı Emin Mahmudov matçı buraxmalı olacaq. Müalicə prosesini davam etdirən Alfa Konte ilə bağlı qərar isə oyun günü məşqçi və tibb heyəti tərəfindən veriləcək.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması sabah saat 19:30-da "Azərsun Arena"da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
3
Mənbələr
Şərh ()
Bağla