AZ

Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...  

 "Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməsi ehtimalı azdır. Çünki bu, birbaşa Rusiya ilə təmasın qurulması deməkdir".

Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı bildirib. O əlavə edib ki, Paşinyanın Putinin yanında mövqe sərgiləməsi  Ermənistana dəstək verən Qərb tərəfindən birmənalı qarşılanmayacaq:

"Həmçinin Ermənistanın anti-Rusiya siyasəti fonunda da, bu siyasətə uyğun gəlmir. Bu baxımdan Paşinyanın andiçmə mərasimində iştirakdan imtina edəcəyi gözlənilir. Sadəcə burada bir məqam var ki, Paşinyanın mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etməsi ehtimalı daha çox görünür. Ermənistan əvvəldən KTMT və MDB-nin iclaslarından yayınmağa çalışır. Çünki hərbi və siyasi baxımından Qərbdən dəstək ala bilir. Amma Avrasiya İqtisadi İttifaqında iştirakdan yayınmır, əksinə daha çox maraqlı görünür. Çünki iqtisadi baxımdan Ermənistanın alternativi yoxdur, yəni bu bazardan asılıdır.

O baxımdan Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsini Qərb tərəfdaşlarına  izah edə bilməz. Amma ittifaqın iclasında iştirakını izah edə bilər. Paşinyan Moskvaya gedəcək, amma burada qəribə bir vəziyyətin yaranacağı da istisna deyil. Bütün hallarda Paşinyan Putinlə üz-üzə gələcək və istər-istəməz ona qarşı mənfi münasibət olacağı aydın görünür. Bir gün öncə Putinin andiçmə mərasimində  iştirak etməyən Paşinyan bir gün sonra Moskvada olacaq, Putinlə bütün hallarda təmasda olacaq. Yəni Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaranacaq".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlanacaq.

Yada salaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.

Afaq Mirayiq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14635
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11521
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5264
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3626
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3173
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3168
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2953
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2691
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2176
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2059
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836