AZ

“Füzuli” çempionluqdan əlini üzüb

2-ci liqanın 23-cü turunda “Şahdağ Qusar” “Füzuli”ni qəbul edib.

Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3. 23 turdan sonra 50 xal toplayan "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Baku Sportinq”dən artıq 5 xal geri düşən qarabağlılar üçün çempionluq mübarizəsi bitibmi? Bu sualı “Füzuli”nin baş məşqçisi Nadir Əliyevə ünvanladıq:
“Real danışsaq, çempionluq mümkün görünmür. Amma 2-ci yeri tutmaq şansımız var. Üç oyunu qələbə ilə başa vursaq, 2-ci yeri tutub, 1-ci liqaya getmək şansımız olacaq. “Şahdağ Qusar”la oyun üçün Şamaxıya bir gün əvvəl getmişdik. Hazırlığımızda problem oldu. Meydana çıxdıq və rəqib fiziki cəhətdən bizdən üstün oynadı. Zədəlilərimiz və ağrıkəsici vurulan futbolçularımız var idi. Qapçımızın iki səhvindən qol yedik. İlk hissənin ortalarında 2:0 məğlub olurduq. Sonra futbolçularım yavaş-yavaş özünə gəldi. Fasiləyə 1:2 geridə yollandıq. İkinci yarıda dəyişikliklər etdik. Qol vurduq və hesabı bərabərləşdirdik. Sonra isə müdafiəyə çəkildik. Buna görə də “Şahdağ Qusar” bizə təzyiq göstərdi. İkinci yarının bitməsinə yaxın qapımızdan 3-cü topu keçirdilər. Sonra yenidən dəyişiklik etdik və hücumu gücləndirdik. Bunun da bəhrəsini gördük. 90+6-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vurduq. Qarşılaşma pis keçmədi. Əsas rəqiblərimizin biriylə oyunda 1 xal bizim üçün yaxşı nəticədi”.


ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla