AZ

Heydər Əliyev 101-ci İldönümünə Həsr Olunan Bakı Şəhəri Məhəllələrarası Minifutbol Turniri keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

QHT.az xəbər verir ki, Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən birinciliyə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici görüşdə Səbail rayonunun “Bayıl” kollektivi və Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn birincilər turnirin qalibi olublar.

3-cü yer uğrunda matçda Qaradağın “Lökbatan” klubu Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib. Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla