AZ

“İsrail HƏMAS ilə danışıqlar üçün son tarix təyin edib” – WSJ


“İsrail Fələstinin radikal HƏMAS hərəkatına atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyata başlayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Daha əvvəl nəşr bildirib ki, HƏMAS lideri Yəhya Sinvar müharibəyə son qoymaq üçün etibarlı plan olmasa, İsraillə atəşkəs razılaşmasına razı olmayacaq.
Qeyd edilir ki, son təklif 40 günə qədər ilkin atəşkəs müddətini nəzərdə tutur, bu müddət ərzində HƏMAS 33-ə qədər girovu azad edəcək, daha sonra uzunmüddətli atəşkəslə bağlı mümkün danışıqlar aparılacaq. Növbəti mərhələlərə ən azı altı həftəlik atəşkəs olacaq, bu müddət ərzində HƏMAS və İsrail girovları azad etməyə və bir ilə qədər davam edə biləcək döyüşlərdə fasiləni uzatmağa razılaşırlar.
Daha əvvəl “Əl-Qahira əl-İxbariya”dan olan mənbə, bəzi qeyd-şərtlərə baxmayaraq, HƏMAS və İsrail arasında razılaşmanın böyük ehtimalla yaxın bir neçə gün ərzində əldə ediləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla