AZ

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

Kanadalı

Bakı, 3 may, AZƏRTAC

"Çıxışım zamanı tribunalarda əyləşən azarkeşlərdən aldığım dəstək mənə motivasiya verdi. Doğrudan da burada gimnastikaya böyük maraq var".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda iştirak edən Kanada təmsilçisi Maria Meçkova deyib.

O bildirib ki, Bakıdakı yarışlara çox qatılmasa da, şəhər haqqında məlumatlıdır: "Məşqçim Leyla Qəmbərova azərbaycanlı olduğu üçün mənə Bakı haqqında çox danışıb. Hətta Azərbaycan məşhur müğənnisi Müslüm Maqomayevin musiqisinin sədaları altında çıxışımı nümayiş etdirdim. Düşündüm ki, bu, azarkeşlərin də xoşuna gələcək".

M. Meçkova yarışların təşkil edildiyi Milli Gimnastika Arenasındakı şəraitdən də söz açıb: "Burada yarışa hazırlıq üçün böyük zal var. Artıq neçə gündür bu zalda məşq edirəm və demək olar ki, öyrəşmişəm. İnsanlarınız çox istiqanlıdır. Onlar mühitə uyğunlaşmağımız üçün bizə kömək edirlər. Bir sözlə, hər şey qaydasındadır".

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir. Bu gün start götürən yarışa mayın 5-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla