AZ

Türkiyədə qiymətlər yenidən artmağa başlayıb – Dünyada 4-cü olub


Bu ilin aprel ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 69,8% bahalaşıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu, son 2 ildə qeydə alınan ən yüksək göstəricidir.
İnflyasiya səviyyəsi sonuncu dəfə 2022-ci ilin aprel ayında bu səviyyədə (69,9%) olub.
Ən yüksək bahalaşma təhsil xidmətlərində qeydə alınıb – 103,86%. Bundan başqa ötən ilin aprel ayı ilə müqayisdə qida və içkilər 68,5%, ev əşyaları 67,9%, restoran və otellərdə xidmətlər 95,8% bahalaşıb.
Ən az artım geyim və ayaqqabı sahəsində qeydə alınıb. Bu sahədə qiymətlər son bir ildə 51,2% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu 4-cü ölkə hesab olunur. İlk üçlükdə Argentina, Suriya və Livan yer alır.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla