AZ

İlin ən yaxşı futbolçusu açıqlandı

“Mançester Siti”nin vingeri Fil Foden Futbol Yazıçıları Assosiasiyasının (FWA) ilin ən yaxşı futbolçusu seçilib.

Publika.az xəbər verir ki, Foden təxminən 900 FWA üzvü arasında 42% səs toplayıb. İlk üçlüyə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri də daxil olub.

2023/24 mövsümündə 23 yaşlı Foden 48 oyun keçirib, 24 qol vurub və 10 məhsuldar ötürmə edib.

FWA versiyasına görə ilin ən yaxşı futbolçusu mükafatı Premyer Liqanın üç əsas mükafatından biridir. Mövsümün sonunda mükafatlar Peşəkar Futbol Assosiasiyası (PFA) və liqanın tərəfindən təqdim olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
8
Mənbələr
Şərh ()
Bağla