AZ

Putin Tacikistan prezidenti ilə danışdı

Rusiya prezidenti Vladimir Putin ilə Tacikistan prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Moskvada Emoməli Rəhmonun dəvət olunduğu Qələbə Gününə həsr olunmuş təntənəli tədbirlərdə birgə iştirak məsələləri müzakirə olunub. İşgüzar və konstruktiv şəraitdə bir sıra aktual ikitərəfli mövzular, o cümlədən terror təhlükəsi ilə mübarizə, eləcə də miqrasiya sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə müvafiq nazirliklər və idarələr arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi razılaşdırılıb. Rusiyaya, o cümlədən Tacikistandan gələn əmək miqrantları ilə bağlı vəziyyəti süni şəkildə gərginləşdirmək üçün son vaxtlar müəyyən qüvvələrin intensivləşmiş cəhdlərinin birgə qarşısı alınacağına və xalqlar arasında zamanın sınağından çıxmış qardaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyinə də əminlik ifadə olunub”, - məlumatda qeyd olunub.

Məlumatda qeyd olunur ki, tərəflər həmçinin hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığın təzahürləri ilə mübarizədə sıx əlaqələndirilməsini, habelə onların qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla