AZ

Toy günü kabusa döndü

130 milyona yaxın əhalisi olan Meksikada toy mərasimində xoşagəlməz hadisə baş verib. Britaniya mətbuatında dərc olunan xəbərlərdə baş verənlər dünya mediasında böyük səs-küyə səbəb olub. Ölkənin Cuernavaca şəhərində keçirilən toy əvvəlcə çox adi şəkildə gedirmiş. Qonaqlar, gəlin və bəy xoşbəxt günlərinin dadını çıxararkən birdən hamı qusmağa başlayıb.

Nikahın rəsmiləşməsinə bir neçə dəqiqə qalmış toydakı hər kəs sanki qorxulu yuxu yaşayıb. 80 nəfər ishal, qusma və baş ağrısı səbəbiylə yıxılı halda qalıb.

Bəy və gəlin də daxil olmaqla məclis iştirakçıları xəstəxanaya yerləşdirilib. Bəzi qonaqlar ishaldan əziyyət çəkib. Xəbərdarlıq üzərinə bölgəyə gələn təcili yardım maşınları 80 nəfərə yaxın insanı xəstəxanaya çatdırıb. Həkimlərin gəldiyi nəticəyə görə, insanların hamısı zəhərlənib. Toyda keçi pendiri və pomidor sousu ilə yabanı göbələklərin, əsas yemək olaraq ispanaq, tərxun və şirin kartof püresi ilə doldurulmuş toyuq döş əti və qış qulançarının verildiyini bildirir.

Digər tərəfdən sosial mediada milyonlarla insanın izlədiyi video şərhlərlə dolub. Qonaqlar xəstəxanada 5 saata yaxın qalandan sonra evə buraxılıb. Toy isə təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
Mənbələr
Şərh ()
Bağla