AZ

KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq - Zaxarova

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanolmadan da, Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektivstruktur olaraq qalacaq.

Trend xəbərverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsminümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

"Ermənistanın təşkilatdan çıxa biləcəyi və ya bilməyəcəyi iləbağlı sual İrəvana ünvanlanmalıdır. Biz əvvəlki kimi ermənitərəfdaşlarımızın istənilən digər suveren ölkə kimi öz xaricisiyasət kursunu, o cümlədən Təşkilatda gələcək fəaliyyətkontekstində müstəqil şəkildə müəyyən etməklə bağlı suverenhüququnu şübhə altına almırıq.

Xatırladım ki, Nizamnamənin 19-cu maddəsi Təşkilatdan çıxmaqimkanını müəyyənləşdirir. Bu halda dövlət KTMT üzrə öhdəliklərinitənzimlədikdən sonra Təşkilatdan çıxış tarixindən ən azı altı ayəvvəl rəsmi bildiriş göndərməlidir", - Rusiya XİN nümayəndəsideyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
11
Mənbələr
Şərh ()
Bağla