AZ

Xabi Alonso “Bayer”in mümkün trebli haqda danışdı

Leverkuzen təmsilçisi “Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın cari mövsümdə mümkün trebl ehtimalı haqda söhbət açıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, müstəsna silsilədir. Komandanın inanılmaz zehniyyəti, bütün oyunçuların daim diqqəti müqabilində ehtiram bəslərdim. Amma biz bununla dayanmaq istəmirik – əhval-ruhiyyəni mövsümün sonuna qədər davam etdirməliyik. Trebl? Biz artıq yaxınıq”, deyə Xabi Alonso əminliklə vurğulayıb.

Xatırladaq ki, “əczaçılar” bütün yarışlarda 47 oyunluq məğlubiyyətsizlik silsiləsini sürdürürlər. “Bayer” erkən surətdə cari mövsüm Almaniya Bundesliqasında çempionluğunu artıq təmin edib. Leverkuzen təmsilçisi Almaniya Kubokunun finalına yüksəlib. Həmçinin Avropa Liqasında uğurla çıxış etmiş “Bayer” yarışın yarımfinal mərhələsinin ilk oyununda “Roma” üzərində 2:0 hesablı səfər qələbəsi qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla