AZ

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard, Stirlinq Fondunun prezidenti Mayls Hansen və Fondun baş icraçı direktoru Edvard Rou ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyi, bu sahənin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyi vurğulanıb. Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərində ahəngdarlığın təmin edilməsi məqsədi ilə İslam və qeyri-islam dini icmalarına maddi yardım ayrıldığı, onlar arasında ayrı-seçkiliyə yol verilmədiyi diqqətə çatdırılıb.

Nümayəndə heyətinin üzvləri ölkəmizdəki dinlərarası harmoniya mühitinin əyani şahidi olduqlarını, o cümlədən Azərbaycanın tolerantlıq təcrübəsinin yayılmasının önəmini qeyd ediblər.

Görüş zamanı gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla