AZ

Ağstafa rayonunun tibb işçiləri ilə görüş keçirildi - FOTOLAR

Ağstafa rayonunun tibb işçiləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının iclas zalında keçirilən görüşdə RİH başçısı Seymur Orucov, müavinləri, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Səyyad Yusifov və rayonun səhiyyə müəssisələrində çalışan məsul əməkdaşlar iştirak ediblər.

Seymur Orucov çıxış edərək qeyd edib ki, xalqına böyük məhəbbətlə, sədaqətlə xidmət edən, insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edən səhiyyə sistemi, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir, müasirləşir. Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunun ən ucqar yaşayış məntəqələrində mövcud tibb müəssisələrimüasir avadanlıqlarla təchiz edilir, yeni tibb ocaqları inşa olunur,tibb işçilərinin təkmilləşməsinə, onların sosial qayğılarınaxüsusi diqqət yetirilir, aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunur.Bütün bunlar Azərbaycan dövlətinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

Görüşdə rayon səhiyyəsinin fəaliyyətinə dair aparılan müzakirələrdə,bu sahədə çalışan əməkdaşların müraciət və təklifləri qəbul olunub, rəyləri dinlənilib. Onlar həmçinin ölkə səhiyyəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla