AZ

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Hərrac hər hansısa bir mülkün, malın, əşyanın, əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması və açıq artırma üsulu ilə satılmasıdır. Azərbaycanda müxtəlif hərrac növləri həyata keçirilir. Bunlardan biri də avtomobil hərracıdır.

Bəs Azərbaycanda avtomobil hərracına maraq necədir?

Bu barədə "Avtohərrac" MMC-nin icraçı direktoru Toğrul Fərzullayev "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, hazırda avtomobil bazarında durğunluq var, lakin bizim platformamızda real alıcı və satıcı kütləsi cəmləşdiyi üçün satışlar bizi qane edir:

"Avtomobil hərracı saytımız vasitəsilə onlayn platforma üzərindən həyata keçirilir. Artıq bir neçə ildir ki, Azərbaycandan vətəndaşlarımız xarici ölkələrdə keçirilən hərraclarda iştirak edirlər və avtomobilləri xaricdən Bakıya gətirirlər. Lakin bu proses 3, 4 ay və daha çox zaman alır. Bundan başqa, avtomobili yoxlatdırmadan aldıqları üçün müəyyən risklərlə qarşılaşırlar".

T. Fərzullayev qeyd edib ki, Azərbaycanda vətəndaşların hərrac prosesinin bəzi nüanslarını anlamaqda çətinlikləri var:

"Ən böyük çətinliklərdən biri də bizdə hərrac iştirakçılarının hərracda təklif etdiyi məbləğin mütləq şəkildə satıcıya köçürməli olduqlarını anlamasıdır. Lakin bu səhvdir. Hərracda ən yüksək təklif verən iştirakçı hərracın qalibi elan olunur. Satıcının məlumatları alıcı ilə, alıcının da məlumatları satıcı ilə paylaşılır. Onlar görüşürlər və alıcı istədiyi yerdə avtomobili yoxlatdırır. Əgər alıcını qane edirsə, təklif etdiyi məbləğə avtomobili ala bilər və yaxud imtina edə bilər. Həmçinin də hərracda iştirak edən alıcıların təklif etdiyi qiymət satıcını məmnun etmirsə, satışdan imtina edə bilər. Bu halda hərrac qalibinin ödədiyi məbləğ onun hesabına geri qaytarılır".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla