AZ

Qanunsuz ağac kəsən şəxs barəsində tədbir görüldü - FOTO

Xaçmazda qanunsuz ağac kəsən şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Avtosfer.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı rayonun Uzunoba kəndi ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla