AZ

Rusiya Ukraynaya qarşı kimyəvi silah tətbiq edir

Rusiya

Rusiya Ukrayna ordusuna qarşı Birinci Dünya Müharibəsi zamanı hazırlanmış kimyəvi silahlardan istifadə edir.

Reyting.az
xəbər verir ki, belə iddia ilə “Defence Express”in hərbi eksperti İvan Kiriçevski çıxış edib.

Onun sözlərinə görə, dünya inkişaf edib və indi bu cür silahlardan istifadə qəddarlıq sayılsa da, ruslar orta əsrlərdə ilişib qalıblar və öz qəddarlıqlarını davam etdirirlər.

Kiriçevski bildirib ki, rusların cəbhədə Ukrayna Müdafiə Qüvvələrinə qarşı istifadə etdiyi xloropikrinli K-51 qumbaraatanlarından ilk dəfə SSRİ Əfqanıstanda istifadə edib: “Yəni, sanksiyalar 30 il əvvəl tətbiq edilməli idi. Rusiya Federasiyası 1997-ci ildə bütün kimyəvi silah ehtiyatlarını məhv etdiyini bildirib. Lakin biz indi Qərbin hərəkətsizliyinin nəticələrini çıxarırıq”.

Ekspert kimyəvi silahdan istifadə etdiyinə görə, ABŞ-nın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib: “Bu, nəzəri bir cəza kimi görünür, lakin bu cür qumbara istehsal edən zavodları bombalamaq lazımdır”.

Bundan əvvəl Ukraynanın Hollandiyadakı səfiri Aleksandr Karaseviç bildirmişdi ki, Rusiya Federasiyası Ukrayna Müdafiə Qüvvələrinə qarşı kimyəvi silahdan istifadəni artırır. Təkcə 2024-cü ildə zəhərli kimyəvi maddələrin istifadəsi ilə bağlı 346 hadisə qeydə alınıb.

“Röyter” ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Rusiyanı Ukrayna qoşunlarına qarşı kimyəvi xloropikrindən istifadə etməklə və Ukraynada döyüş üsulu kimi iğtişaşlara qarşı kimyəvi maddələrdən istifadə etməklə kimyəvi silaha dair beynəlxalq qadağanı pozmaqda ittiham edib.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla