AZ

Rusiya XİN: Ermənistan KTMT çərçivəsində öhdəliklər götürməlidir

Ermənistan KTMT-dən çıxması və ya çıxarılması məsələsi rəsmi İrəvana ünvanlanmalıdır.

Yenisabah.az xəbər verir ki, xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O əlavə edib: "Biz erməni tərəfdaşlarımızın öz xarici siyasət kursunu, o cümlədən KTMT-də gələcək iş kontekstində müstəqil şəkildə müəyyən etmək üçün suveren hüququnu şübhə altına almırıq.

Xatırladıram ki, Nizamnamənin 19-cu maddəsində assosiasiyadan çıxmaq imkanı təsbit olunub. Bu halda dövlət KTMT üzrə öhdəliklərini həll etdikdən sonra çıxma tarixinə 6 aydan gec olmayaraq rəsmi bildiriş göndərməlidir.

Təşkilata qarşı davamlı ittihamlar səslənsə də, tərəfdaşlar tərəfindən təşkilata üzvlüklə bağlı yeni addımlar atılmayıb.

Biz ondan çıxış edirik ki, Ermənistan assosiasiyanın tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və 2002-ci il Təşkilatın Nizamnaməsi, habelə digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir.

Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin qorunmasına, eləcə də üzvlərinin təhlükəsizliyinə cavabdeh olan effektiv strukturdur və belə də qalacaq.

Bu il biz müttəfiqlərimizlə birlikdə xarici siyasətin əlaqələndirilməsi, müdafiə potensialının artırılması, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə mübarizə sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində intensiv işi davam etdiririk”.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla