AZ

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır".

Bu sözləri BiG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsində ilin nəzərə alınması avtomobillərin qiymətinin müəyyən dərəcədə ucuzlaşmasına səbəb olub:

"Nəqliyyat məsələləri üzrə ekspert bildirib ki, ekoloji təmiz avtomobillərə marağın artmasına səbəb yanvar ayından etibarən bu növ nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və daxili bazarda satışı zamanı tətbiq edilən güzəştlərdir.Digər səbəb isə elektromobillərin alışı güzəştli kredit şərtlərinin olmasıdır. Bundan başqa, gündən-günə elektromobillər üçün infrastruktur da genişləndirilir. Sadalanan səbəblər elektromobil və ekoloji təmiz avtomobillərə marağı artırmaqda davam edəcək".Xüsusən istixana qazlarının və digər qazların ətraf mühitə ziyan vurmaması üçün müəyyən dərəcədə qarşısının alınması planlaşdırılır. Ona görə də bu növ avtonəqliyyat vasitələrinə maraq da artmaqdadır. Düşünürəm ki, gələn idxalla bağlı rəqəmlər daha da artacaq. Çünki daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün olduqca maraqlıdır. Xüsusən də "Toyota", "KİA", "Hundai" markalı avtomobillərin qiyməti düşüb. MDB istehsalı olan avtomobillərdə isə ciddi qiymət dəyişikliyi müşahidə olunmur".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla