AZ

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Leysan

Bakı, 3 may, AZƏRTAC

Uruqvay və Argentinanın sərhədində yerləşən Braziliyanın Riu-Qrandi-du-Sul ştatına son günlərdə yağan leysan yağışları nəticəsində 29 nəfər həlak olub, itkin düşmüş insanların sayı 60-a çatıb.

AZƏRTAC xəbər verir ki, yerli Mülki müdafiə təşkilatının məlumatlarına görə, son üç gündə yağan yağıntının həcmi bu dövr ərzində orta göstəricini təxminən dörd dəfə üstələyib, bu həftə həmin yağıntılar nəticəsində 154 bələdiyyədə 71 300 nəfərə ziyan dəyib.

“Bu, ştatın tarixində ən kritik haldır. Təəssüf ki, həlak olanların sayı artacaq, çünki çətin çatılası yerlər var”, - deyə Riu-Qrandi-du-Sul ştatının qubernatoru Eduardu Leyte mətbuat konfransında bildirib.

Bu günə olan məlumata görə, təbii fəlakət 10 242 nəfəri evsiz qoyub, daha 4 645 nəfər müvəqqəti sığınacaqdadır.

Təbii fəlakətin miqyasına görə qubernator bir gün öncə Riu-Qrandi-du-Sul ştatının bütün ərazisində 180 gün müddətinə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə fərman imzalayıb.

11 milyon əhalisi olan Riu-Qrandi-du-Sul ştatı ötən il El-Ninyo iqlim hadisəsinin təkrar zərbəsindən ziyan çəkib, sentyabr ayındakı ekstratropik siklon nəticəsində 40-dan çox insan həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla