AZ

GORANBOYUN BU KƏNDİ SUSUZDUR

 

 

News365.az bildirir ki, Goranboyun Safukürd kəndində fermerlər pay torpaqlarında əkin apara bilmirlər. Çünki əkin sahələrində vəziyyət acınacaqlıdır. Əkin və bağ sahələri quruyub. Sakinlər narazılıq edir.  

Goranboyda suvarma sahələrində  demək olar ki, su yoxdur. Fermerlərin min bir əziyyətlə əkib becərdikləri  məhsul susuzluqdan məhv olur. Vəziyyət belə davam edərsə sakinlər heç bir əkin biçinlə məşğul olamayacaqlar. Kəndli məcbur olub hər şeyi bazardan almalı olacaq.    

SÜDABƏ BAYRAMOVA: "Əkin yoxdur. Əkin nə gəzir. Heç gələn var ki, maraqlansınlar. Ağacların hamısı yandı getdi”. 

ƏLƏMDAR BAYRAMOV: "Bu camaat bir krantın ümidinədir. Camaatın suyu yoxdur. Artezianımız var bərbad vəziyyətdədir”. 

Sakinlər bildirir ki, illərdir su gəlməyən kanallarını məişət tullantıları basıb. 

ELŞƏN MƏMMƏDOV: “Sonuncu dəfə oktyabr ayında sulanıb vəssalam. Məhsulumuz yağış yaxsa olacaq, yağmasa yox" 

Goranboy rayon Suvarma Sistemləri İdarəsindən də bildirildi ki, mövcud vəziyyətə səbəb subartezian quyularının sıradan çıxmasıdır.

AĞASƏLİM QARAYEV (Sahə Rəisi):  "Hal hazırda Goranboy rayonunda yeraltı sularda olan çatışmazlıqlardan əziyyət çəkirik. 150-dən çox quyumuzun bərpaya ehtiyacı var. Həmin şikayət 183 nömrəli quyudur. Yeni quyu qazdıq amma qum verdiyinə görə, bərpaya ehtiyac var. Yeni nasosların da təmirə ehtiyacı var. Növbəlilik şəklində aparacağıq." 

Qeyd edək ki, rayonun ən iri yaşayış massivlərindən biri olan Safıkürd kəndində bu günə qədər  subartezian quyularının bərpası istiqamətində heç bir iş görülməyib.

 

Vəfa Vəliyeva


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla