AZ

Azərbaycanda dairəvi iqtisadiyyata dair milli konfrans keçiriləcək

Mayın 13-də Bakıda Azərbaycanda resursların səmərəliliyinə həsr olunmuş milli konfrans keçiriləcək.

"APA-Economics" xəbər verir ki, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment təşəbbüsü çərçivəsində həyata keçirilən Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsal (RECP) layihəsinin bir hissəsi olaraq UNIDO tərəfindən təşkil olunur.

Konfransın məqsədi Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsalın (RECP) üstünlüklərini nümayiş etdirməklə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin dayanıqlığını və yaşıl iqtisadiyyatın inkişafını təşviq etməkdir. Bununla yanaşı, tədbir altı sessiya ərzində Azərbaycandakı kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) yaşıl iqtisadiyyata keçidi ilə əlaqəli təcrübə, alətlər və proqramlarla bağlı fikir mübadiləsi aparmağa imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla