AZ

Tayson siqaretdən və seksdən imtina edib

Superağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson (50-6) intizam tədbiri kimi siqaretdən və seksdən imtina etdiyini bildirib:

“Artıq altı həftədi nə siqaret çəkirəm, nə də sekslə məşğul oluram. Niyə? İntizama görə. Bilirsizmi, etmək istədiyinizi edin, etmək istəmədiyinizi də edin, ancaq elə edin ki, guya bu sizin xoşunuza gəlir”.

Xatırladaq ki, Taysonla məşhur blogger Ceyk Pol (9-1) iyulun 20-də ABŞ-da üz-üzə gələcək. Həmin döyüşü “Netflix” canlı yayınlayacaq. Tayson məhz bu döyüşdə ən uzun peşəkar karyeraya görə dünya rekordunu qıracaq. O, 1985-ci ilin martında peşəkar rinqdə debüt edib. Polla döyüş 39 ildən (14371 gün) sonra baş tutacaq. Beləliklə, "Dəmir Mayk" karyerası 34 il davam edən amerikalı Roy Consun rekordunu qıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla