AZ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Rusiyanın enerji nəhəngi “Qazprom” 2023-cü ili zərərlə başa vurub. 


Sfera.az xəbər verir ki, buna səbəb Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardır. 


Həmin sanksiyalarla əlaqədar olaraq “Qazprom”un qaz ixracı 2 dəfə azalıb və şirkət 2023-cü ildə son illərin ən böyük itkisi ilə üzləşib. 


“Qazprom”un 2023-cü ildə zərəri 629 milyard rubl (6,84 milyard dollar) olub. Şirkət il ərzində cəmi 93 milyard dollarlıq satış həyata keçirə bilib. 


Rus nəhəngi 2022-ci ildə 13 milyard dollar xalis mənfəət əldə etmişdi. 


Şirkətin qaz satışından əldə etdiyi gəlirlər Avropaya ixracın azalması səbəbindən azalıb. “Qazprom”un gəlirləri əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb, qaz satışı isə demək olar ki, yarıya enib. 


Şirkətin Moskvada satılan səhmləri bu xəbərə görə 4,4 faizdən çox dəyər itirib. Əksər rusiyalı analitiklər şirkətin cüzi gəlir əldə edəcəyini gözləyirdilər. Digər tərəfdən, Avropa ölkələri alternativ qaz mənbələri tapmaqda gözlənildiyindən daha uğurlu olub. 


Qeyd edək ki, “Qazprom”un zərərə uğramasına son 25 ildə ilk dəfə təsadüf olunur. 


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla