AZ

Məhkəmə 2 nəfərin ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb. Belə ki, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib. O.Səfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla