AZ

“Üçüncü yeri tutduq, buna baxmayaraq,ruhdan düşmədik"

"Dünən keçirilən yarışda partnyorum Vacib Babayevlə birlikdə ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda üçüncü yeri tutduq. Buna baxmayaraq ruhdan düşmədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Prezident Kuboku-2024" beynəlxalq reqatasının üçüncü günündə 200 metr məsafəyə ikinəfərlik kayak qayığında Vacib Babayevlə birgə gümüş medal qazanan Qiyas Əhmədov deyib.

O, əldə etdiyi uğura görə məşqçilərinə minnətdarlığını bildirib.

"Bu gün keçirilən yarışda ikinəfərlik kayak qayığında 200 metrlik məsafədə ikinci yeri tutduq. Əldə etdiyim uğura görə mənə dəstək olan hər kəsə, xüsusi ilə də məşqçilərimə minnətdarlığımı bildirirəm.

Qarşıda bizi Slovakiyada və Qazaxıstanda keçiriləcək beynəlxalq turnirlər gözləyir. Çalışacağıq ki, həmin yarışlardan da ölkəmizə medallarla qayıdım", - deyə Qiyas Əhmədov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla