AZ

Türkiyənin aprel ayı üçün ixrac rəqəmləri AÇIQLANDI -19 milyard 271 milyon dollar!

Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə İxracatçılar Məclisinin (TİM) Xarici Ticarət Kompleksində keçirilən mətbuat konfransında 2024-cü ilin aprel ayı xarici ticarət dövriyyəsini açıqlayıb. İclasda həmçinin TİM sədri Mustafa Gültepe, məclis üzvləri və çox sayda iş adamı iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Ömər Bolat bildirib ki, ötən ilin aprel ayı ilə müqayisədə ixrac 0,1 faiz artaraq 19 milyard 271 milyon dollar olub.

Eyni dövrdə idxal 4,2 faiz artaraq 29 milyard 171 milyon dollar, xarici ticarət həcmi isə 2,6 faiz artaraq 48 milyard 442 milyon dollara çatıb: "2024-cü ilin yanvar-aprel aylarında isə ixrac 2,7 faiz artaraq 82 milyard 873 milyon dollar, idxal isə 8,9 faiz azalaraq 113 milyard 117 milyon dollar olub. Xarici ticarət həcmi isə 4,3 faiz azalaraq 195 milyard 990 milyon dollar təşkil edib. 2024-cü ilin aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə ixracın idxala nisbəti isə 2,71 qədər azalaraq 66,1 faizə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
8
Mənbələr
Şərh ()
Bağla