AZ

Həmid Həmidovla “Danışaq?”: Səbinə Babayeva yenidən ailə quracaq? - VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında daha bir videomüsahibə təqdim edib. Bu buraxılışda tanıdığımız aparıcıdan başqa onun həmkarları - tanınmış jurnalistlər Seymur Zəkəryəyev və Feliks Vişnevetski iştirak ediblər.

Podkastın qonağı populyar müğənni, Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva olub.

İştirakçılar Azərbaycanda şou-biznesin hazırkı durumundan, Səbinə Babayevanın hansı mahnıları ifa etdiyindən, qazancından, Rusiya şou-biznesinə girə bilməmə səbəbindən, həmçinin ifaçılarımızın öz mahnılarını deyil, niyə “cover” oxumalarından danışıblar. Səbinə Babayeva “Avroviziya”da hazırkı mahnımızı bəyəndiyini və musiqi müsabiqəsindəki çıxışını xatırladığını deyib.

Söhbət zamanı Səbinə Babayevanın evlilik və boşanma mövzularına da toxunulub.

Daha ətraflı videomaterialda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
6
Mənbələr
Şərh ()
Bağla