AZ

Paşinyan məsuliyyətə cəlb edilə bilər


Ermənistan Baş Prokurorluğu Nikol Paşinyanın məsuliyyətə cəlb edilməsi tələbi ilə respublikanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) təqdimat göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin mayın 3-də keçirilən iclasında bildirib.
“Təqdimatda yoxlanılması üçün müəyyən sənədlərin, o cümlədən müəyyən əmlak arayışlarının surətləri olub. Biz hər şeyi MTX-yə göndərmişik ki, bizə lazımi əməliyyat yoxlamasının nəticələrini təqdim etsinlər və icraata başlamaq və ya başlamamaq məsələsi müzakirə olunsun”, - Vardapetyan qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistanın Baş Prokurorluğuna müraciət etmiş, Ermənistanın suveren ərazilərinin və yaşayış məntəqələrinin Azərbaycana təhvil verilməsi kimi təqdim etdikləri delimitasiya prosesinin başlaması ilə bağlı Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla