AZ

Venesuelada neftin pulundan 1 milyard dollardan çox pul oğurlanıb

Venesuelanın PDVSA neft-qaz şirkətindən xaricə neft tədarükü üçün korrupsiya sxemləri vasitəsilə 1 milyard dollardan çox vəsait oğurlanıb. Bu puldan ifrat sağçı müxalifətçilər Xulio Borxes və Leopoldo Lopez istifadə ediblər.

Herbiand.az bildirir ki, bu barədə Venesuelanın baş prokuroru Tarek Uilyam Saab “Venezolana de Television” tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

O bildirib ki, Baş Prokurorluq əvvəllər dövlət çevrilişinə cəhddə və Venesuela prezidenti Nikolas Maduronun həyatına qəsddə ittiham olunan qaçaqlar – “Ədalət Uğrunda” partiyasının lideri Borxes və “Xalq İradəsi” partiyasının rəhbəri Lopezin həbsi və ekstradisiyası üçün yeni sorğu göndərib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla