AZ

İdmançılarımızın reytinqində dəyişiklik - SİYAHI

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, may üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olub.

Cədvəldə bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderliyə yüksəlib. Onların hesabında 545 xalı var. 4-cü dəfə Avropa çempionu olan cüdoçu Hidayət Heydərov (445 xal) ikinci yeri ələ keçirib. Bədii gimnast Zöhrə Ağamirova (435) isə 3-cü yerə enib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla