AZ

Mədəniyyətlərarası Dialoq Forumu: Bakı qlobal dialoq ünvanıdır

Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Ayrı-ayrı regionlarda qarşıdurmaların şiddətlənməsi, qlobal kataklizmlərin baş verməsi, geosiyasi qütbləşmənin artması milli dövlətlərin siyasətinə də önəmli dərəcədə təsir göstərir.

Azərbaycan geosiyasi arenada nüfuzlu aktyor kimi...

Belə bir şəraitdə milli maraqlara əsaslanan praqmatik xarici siyasət həyata keçirən Azərbaycan geosiyasi arenada nüfuzlu aktyor kimi mövqelərini möhkəmləndirməklə yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi də çıxış edir. Ölkəmizin növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə - VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi etməsi bu gerçəkliyin bariz nümunəsidir.

Niyə məhz Azərbaycan?

Forumda səsləndirilən fikirlər təsdiqləyir ki, qlobal gündəliyin ən aktual məsələləri məhz Azərbaycanda xüsusi müzakirə obyektinə çevrilir. Eyni zamanda, olduqca mürəkkəb beynəlxalq şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz strateji təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına töhfələr verir, həm regionda, həm də dünya miqyasında sülhün və təhlükəsizliyin təmininə xüsusi diqqət yetirir. Paralel olaraq ölkəmizin bu mövqeyi beynəlxalq arenada – dünyanın müxtəlif regionlarını əhatə edən müstəqil dövlətlər tərəfindən çox yüksək qiymətləndirilir.

Dialoq Forumu mühüm platforma kimi...

Digər vacib məqam ondan ibarətdir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər platformalar postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar reallıqların, çağırışların və hədəflərin dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin həm keçirdiyi görüşlər zamanı, həm də Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi bu kontekstdə böyük önəm daşıyır. Elə Forum iştirakçılarının səsləndirdiyi fikirlər də Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini birmənalı şəkildə təsdiqləyir.

Məqsədyönlü siyasətinin real nəticəsi

Nəticə etibarilə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu regionun lider dövləti olan, dünyada etibarlı tərəfdaş, qalib və qüdrətli ölkə kimi tanınan Azərbaycanın yüksək beynəlxalq nüfuzunu ifadə edir. Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin real nəticəsidir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7562
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5145
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4852
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4658
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4425
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2682
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2663
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2582
Sabah 20 dərəcə isti olacaq
2573
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2256
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2169
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2063
Röyanın biabırçı videosu yayıldı
2049
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1634
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1580
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579