AZ

Məhkəmə oğurluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verəcək

Bakıda oğurluq etməkdə təqsirləndirilən Yusif Mirzayev və Mürsəl Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, Tovuz rayon sakinləri Mürsəl Səmədov və Yusif Mirzəyev Bakıxanov qəsəbəsi ərazisində üzərində 390 manat dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqə olan 3200 manat dəyərində mopedin oğurlanmasında təqsirləndirlirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla