AZ

Ərdoğandan sərt qərar - "Əlaqələri dayandırdıq"

İsrail ilə Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İsrail ilə Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq bunu sadəcə müşahidə etməyimiz mümkün deyildi. Hərəkətə keçmək məcburiyyətində qaldıq və lazım olan addımı atdıq. 9,5 milyard dollar ticarət dövriyyəmiz var idi. İndi biz bunu dayandırdıq", - prezident bildirib.

Ərdoğanın sözlərinə görə, indiki böhran başlamamışdan əvvəl ABŞ-də İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşüb:

"O zaman onunla bir səbəblə görüşdüm, amma Türkiyə və İsrailin birlikdə bəzi addımlar ata biləcəyini göstərmək üçün Netanyahu uşaqlara, qadınlara və yaşlılara qarşı bu amansızlığı bütün Qərb də göstərdi".


Müəllif: Əsəd Məmmədəliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla