AZ

Əmtəə birjalarında kakao paxlasının qiyməti kəskin düşüb

Müəllif:Ayşən İmanova/Banco.az

Bu həftə dünyanın aparıcı əmtəə birjalarında kakao paxlasının qiymətində ciddi eniş baş verib.

Banco.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın “SABC” radiostansiyası məlumat yayıb.

Məlumata görə, mayın 2-də  bir ton kakao paxlasının qiyməti Nyu York birjasında bir gecədə 6,3 % ucuzlaşaraq 7 760 ABŞ dolları təşkil edib. Bu, son 7 həftənin ən aşağı qiyməti hesab edilir.

Mütəxəssislər bildirirlər ki, qiymətlərin aşağı düşməsi bazarın likvidliyinin əhəmiyyətli hissəsinin itirilməsi ilə bağlıdır, çünki bir çox treyderlər kakao paxlasının baha olması səbəbindən onun alışını dayandırıblar.

Qeyd edək ki, dünyanın ən böyük kakao paxlası istehsalçıları Kot-d'İvuar və Qanada yerləşir. Bu il hər iki Afrika ölkəsində məhsuldarlıq əlverişsiz iqlim şəraiti ilə gözlənilən səviyyədə olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla