AZ

Mirzoyan Kuleba ilə danışıqlar apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onlar ikitərəfli münasibətlərin gündəliyi və siyasi dialoqla bağlı məsələləri müzakirə ediblər.

XİN rəhbərləri həmçinin regional məsələlərə də toxunublar.

Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayan Ararat Mirzoyan sərhədlərin müəyyən edilməsi prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz riayət edilməsinin vacibliyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla