AZ

Ciddi mesajlar -ŞƏRH

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyərək bildirmişdir ki, 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb.Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkə kimi ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruduğunu və inkişaf etdiridiyini qeyd edərək bildirib ki, bu gün inkişafımızın şərtlərindən biri də budur.Multikulturalizmin Azərbaycan vətəndaşları üçün abstrakt məfhum olmadığını bildirən cənab Prezident bunun hər bir vətəndaşın həyat tərzi olduğunu, münaqişələr, toqquşmalar vaxtında beləqorunduğunu diqqətə çatdırmışdır.Azərbaycanın dövlət kimi çoxtərəfliliyə sadiq olduğunu bildirən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, “Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik.” Vacib təməl dəyərlərinin məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaq olduğu Qoşulmama Hərəkatının təsisatlanması seqmentinin gücləndirilməsinə çalışan Azərbaycan tərəfindən qadınların və gənclərin təşkilatları təsis edilmiş və geniş şəbəkə yaradılmışdır.Cənab İlham Əliyev nitqində bir məsələyə - yeni müstəmləkəçilik məsələsinə xüsusi diqqət ayıraraq bildirdi ki, bu gün demokratiyadan, azadlıqdan, insan haqlarından danışan bəzi Avropa ölkələri müstəmləkəçiliyi daha yeni üsulla həyata keçirməyə cəhd göstərirlər. Azərbaycan bir dövlət olaraq bütün beynəlxalq təsisatlarda bu prosesə qarşı etirazını bildirib və bildirəcəkdir.Dünyanın məcburi assimilyasiyaya aparaniyrənc neokolonializm təcrübəsinə göz yummamalı olduğunu xatırladan cənab Prezident Fransanın dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiyasiya cəhdlərn diqqətə çatdıraraq bunun qəbuledilməz olduğunu bildirmişdir.Təəssüf ki, bu gün bəzi Avropa təsisatlarıAvropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Amma bu zaman heç kimdən səs çıxmır.Bu da ilk növbədə ikili standartların olmasının əyani sübutudur.Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.Cənab İlham Əliyevölkəmizin öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış vəziyyətə toxunaraq bildirmişdir ki, öz məqsədini güdən bir sıra şəxslərin və dövlətlərin iştirakı olmadan Ermənistanla sülhə doğru ciddi addımlar atılmışdır. Bu onu göstərir ki, bizə vasitəçi lazım deyil və sülhə məhz özümüz nail ola bilərik.Ölkə başçısının ciddi mesajları Azərbaycana qarşı müxtəlif siyasi spekulyasiya edənlərə tutarlı cavab oldu. Natiq QuluzadəYAP Zəngilan rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7571
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4864
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2697
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2579
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2257
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1655
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579