AZ

Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi – "Bir həftəyə ələ keçirəcək"

Rusiya Baltikyanı ölkələri – Estoniya, Latviya və Litvanı cəmi 7 günə ələ keçirə bilər. NATO-nun potensial təcavüzə reaksiya verməsi 10 gün çəkəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vadim Skibitski deyib.

“Müharibədə ən böyük naməlum faktor Avropadır. Qonşularımız Ukraynaya kömək etmək üçün müdafiə istehsalını daha da artırmaq yolunu tapmasalar, onlar da sonda Rusiyanın zərbələri altında qalacaqlar”, - Skibitski vurğulayıb.

General qeyd edib ki, bu durumda NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsi praktikada az əhəmiyyət kəsb edə bilər:

“Ruslar 7 günə Baltikyanı ölkələri tutacaqlar. NATO-nun cavab müddəti 10 gündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla