AZ

Ermənistan və İran mədəni əməkdaşlıq haqqında saziş imzaladı

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Məhəmməd Mehdi İmanipurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə “Ermənistan və İran arasında 2024-2027-ci illər üçün mədəni əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüş zamanı Ermənistan və İran arasında təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra digər məsələlər də müzakirə olunub.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla