AZ

Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi

Çin Ayın qaranlıq hissəsindən nümunələr götürmək üçün "Chang'e-6" kosmik gəmisini kosmosa göndərib.

Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, Çin kosmosda kəşfiyyat işlərini davam etdirir. 

"Chang'e-6" kosmik gəmisi "Long March-5" raketi ilə Haynan əyalətindəki Vençanq Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib. 

Kosmik gəmi iyunun əvvəlində raketdən çıxaraq səthə enəcək. Kosmik gəminin Ayın orbitinə çatmasının 4-5 gün çəkəcəyi gözlənilir. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla