AZ

İngiltərədən sensasion iddia: Vanqa bu barədə məlumat vermişdi

Mayın 2-nə keçən gecə Böyük Britaniyanı vuran güclü tufan Vanqa tərəfindən proqnozlaşdırıla bilərdi.

Publika.az xəbər verir ki, bu fərziyyəni “Mirror” qəzeti irəli sürüb.

“Onun peyğəmbərliklərindən biri artıq gerçəkləşdi”,- məqalədə deyilir. Vurğulanır ki, faktiki olaraq üç ayda ölkədə ümumi daxili məhsul 0,3 faiz azalıb. Jurnalistlərin fikrincə, başqa bir peyğəmbərlik də reallaşmağa başlayır. Xüsusilə, Vanqa 2024-cü ildə dəhşətli təbii fəlakətləri qabaqcadan görüb. Onun proqnozuna görə, Yerin orbiti dəyişəcək.

Qısa müddət ərzində bu baş verərsə, planetdə iqlim pozulacaq və radiasiya fonu yüksələcək. Çoxları əmindir ki, Vanqa əvvəllər 11 sentyabr faciəsini və “Brexit”i proqnozlaşdıra bilib.

Ancaq onun peyğəmbərliklərinə inanırsınızsa, bəşəriyyəti qarşıda sevincli hadisələr gözləyir - tibbdə sensasiyalı kəşflər olacaq. Martın sonunda ağciyər xərçənginə qarşı peyvəndin hazırlanması barədə məlumat yayıldı. Alimlərin fikrincə, “LungVax” dərmanı xəstəliyin 90 faizə qədərinin qarşısını ala biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
8
Mənbələr
Şərh ()
Bağla