AZ

İsmayıllıda narkotikin təsiri altında  avtomobil idarə edən sürücü həbs olunub

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirləri zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Rasim Alızadə təhlükəsizlik kəmərindən istifadə etmədiyi  üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sənədləri yoxlanılarkən R.Alızadənin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Rayon məhkəməsinin qərarı ilə R.Alızadə 15 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla