AZ

Moskvada şaxta düşəcəyi barədə xəbərdarlıq edildi

Rusiyanın paytaxtı Moskva şəhərində mayın 4-ü gecə və səhər saatlarında mənfi iki dərəcəyə qədər şaxta gözlənilir.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə mətbuat xidməti xəbərdarlıq edib.

İdarənin nümayəndələri hava şəraiti ilə əlaqədar olaraq sakinləri avtomobil idarə edərkən sürəti azaltmağa, qarşıdakı nəqliyyat vasitələri ilə məsafəni artırmağa, həmçinin qəfil manevrlərdən çəkinməyə çağırıb.

Bundan əlavə, moskvalılara elektrik qızdırıcılarından istifadə edərkən elektrik şəbəkəsini həddindən artıq yükləməmək tövsiyə olunub.

Həmçinin, şaxta ilə əlaqədar mayın 3-ü saat 21:00-dan mayın 4-ü saat 9:00-dək şəhərdə “narıncı” həyəcan səviyyəsi elan edilib. Oxşar xəbərdarlıq şənbə gecəsi havanın temperaturunun mənfi beş dərəcəyə enəcəyi Moskva vilayətində də qüvvədədir.

Uzunmüddətli proqnozlara görə, Moskvada şaxtalar ayın ortalarına qədər davam edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla